"Biz çempion olacağıq" - Qvardiola

00:24 - 6 May 2024

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsindən danışıb.

 

Manset.az  xəbər verir ki, mütəxəssis komandasının çempion olacağına inandığını deyib:

“Bir həftə qaldı. 3 oyun, 9 xal...Biz çempion olacağıq. 6 və ya 7 xal qazansaq, "Arsenal" Premyer Liqanın qalibi olacaq. Top fərqinə çatmaq mümkün deyil. Biz heç-heçə edə bilmərik. "Arsenal" çox yaxşı oynayır. Ümid edirəm ki, çempionatın taleyini öz əlimizə alacağıq”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün bitməsinə 3 oyun qalmış Xosep Qvardiolanın komandası 82 xalla 2-cidir.  Lider “Arsenal” "Mançester Siti"ni 1 xal qabaqlayır. "Şəhərlilər" "topçular"dan 1 matç az keçiriblər.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin