Bakıda toydan çıxan qadınları avtomobil vurdu: ÖLƏN VAR - VİDEO

09:00 - 6 May 2024

Bakıda toydan çıxan qadınları avtomobil vurdu: ÖLƏN VAR - VİDEO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.

Həmin vaxt onları “Kia” markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Xəstəxanada müalicə alan Əfəndiyeva Gülarə Oktay qızı həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin