SON DƏQİQƏ: Azərbaycanda gündəlik istifadə etdiyimiz bu məhsul bahalaşdı - VİDEO

11:19 - 5 May 2024

SON DƏQİQƏ: Azərbaycanda gündəlik istifadə etdiyimiz bu məhsul bahalaşdı - VİDEO

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, hazırda satışda olan balıqlar ya xarici ölkələrdən, ya da təsərrüfatlardan gətirilir.

 

Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, ki, ölkəyə balıq daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən gətirilir.

Bununla yanaşı, hazırda yerli təsərrüfatlarda yetişdirilən balıqların da satışı həyata keçirilir.
Satıcılar qeyd edirlər ki, hazırda bazarlarda Xəzər dənizindən tutulan balıq olmadığından xaricdən gətirilən dəniz balıqlarının qiymətlərində cüzi artım var.

Bazarlarda daha çox dənizdən tutulan kütüm, berj və kefalın qıtlığı yaşanır. Balıq ovu qadağası bitdikdən sonra isə bu növ balıqlar yenidən satışa çıxarılır və xaricdən gətirilənlərin qiymətləri enir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin