Bu gün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

10:46 - 26 Aprel 2024

Bu gün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, tədbir təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.
Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.

Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.


Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin