Bu ölkədə qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO

21:21 - 26 Aprel 2024

Bu ölkədə qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili qəzaya düşüb.

 

Manset.az xəbər verir ki, Ramla şəhərində terror aktının baş verdiyi yerdən qayıtdığı zaman nazirin avtomobili aşıb.

Hadisə şahidinin sözlərinə görə, avtomobil işıqforun qırmızı işığında keçərkən başqa maşınla toqquşub.

Polis qəza nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını bildirib. Ben-Qvir “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.



Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin