Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilmiş tədbir keçirildi - FOTOLAR

16:19 - 30 Aprel 2024

Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilmiş tədbir keçirildi - FOTOLAR

YAP Yasamal rayon təşkilatı və “Hüseyn Cavid-33A” (“Bakı Metropoliteni” QSC) ərazi partiya təşkilatının birgə “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin binasında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilmiş tədbir keçirilib.

İlk öncə Dövlət Himni səsləndirilib.Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən “Hüseyn Cavid-33A” (“Bakı Metropoliteni” QSC) ərazi partiya təşkilatının sədri, “Bakı Metropoliteni” QSC müəssisənin sədr müavini Hidayət Məmmədov Yeni Azərbaycan Partiyasının yaradılmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, partiyanın ölkənin ictimai-siyasi həyatında rolundan söz açıb.

Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının əhəmiyyətindən, yaranma tarixindən, bütün bu illər ərzində ölkəmizin keçdiyi inkişaf yolundan, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən danışıb. O, Ümumilli Lider Heydər Əliyevin Bakı metropoliteninin inkişafındakı xidmətlərindən, bu nəqliyyat növünə olan xüsusi diqqətindən bəhs edib.

YAP Yasamal rayon təşkilatı “Hüseyn Cavid-33A” (“Bakı Metropoliteni” QSC)  ərazi partiya təşkilatının sədr müavini, QSC-nin Eskalator xidmətinin mühəndisi, Vətən müharibəsi şəhidi kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edərək, partiyanın fəaliyyətində xüsusi fəallığı ilə seçilən üzvləri  təbrik edib, onlara uğurlar arzulayıb.

İclasda partiya fəallarının fərqləndirilməsi və yeni üzvlərin qəbul olunması məsələsinə də baxılıb.

Partiya sıralarına qoşulmaq istəyən bir qrup şəxslərin müraciətlərinə baxıılıb və qəbul olunub.

Sonda  Partiyada ictimai- siyasi  fəaliyyətinə görə fərqlənən bir neçə üzv Fəxri fərmanla təltif edilib.

Xəbər xətti

23 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin