Şəhriyar Məmmədyarov bir pillə gerilədi

22:55 - 30 Aprel 2024

Şəhriyar Məmmədyarov bir pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

 

Manset.az  ali şahmat qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov (2734) malikdir.

Bir pillə geriləyən kişilərdən ibarət millinin lideri 18-cidir. Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) isə 27-ci yerə yüksəlib. Digər kişi qrossmeysterimiz Rauf Məmmədov (2651) 87-ci sıraya geriləyib.

İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb. Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2830, Norveç) başçılıq edir.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2436) 35-ci, Gövhər Beydullayeva (2412) 45-ci, Ülviyyə Fətəliyeva (2378) 72-ci, Xanım Balacayeva (2376) 74-cü, Gülnar Məmmədova (2360) 90-cı pillədə qərarlaşıb. Qadınlar arasında lider Yifan Houdur (2633, Çin).


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin