Uzun illərdir mübarizə apardığı Lyme xəstəliyinin təkrarlanması ilə tənha yaşamağa üstünlük verən məşhur model Bella Hadid modelliyə ara vermək qərarından danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, podiumlardan uzaq qalan model "Allure" jurnalına diqqət çəkən açıqlamalar verib.
Hadid açıqlamasında, "10 yıl modellik etdikdən sonra, karyerama o qədər çox enerji, sevgi ve səy sərf etdiyimi və uzun müddətdə heç bir fayda görmədiyimi anladım” deyib.
Sevgilisi Adan Banuelos ilə daha sakit həyat yaşamaq istəyən model bunları deyib:
“İlk dəfədi saxta üz taxmıram. Özümü yaxşı hiss etmirəmsə, çölə çıxmıram. Özümü yaxşı hiss etmirəmsə, özümə vaxt ayırıram. Və əvvəllər bunu etmək və ya demək imkanım olmayıb”.
Əfsanə Rəcəb
Manşet.az