logo
logo logo
logo

8,8 milyon şəxsin məlumatları ələ keçirildi

23:36 - 05 Oktyabr 2026

8,8 milyon şəxsin məlumatları ələ keçirildi

Danimarkanın Mərkəzi Əhali Qeydiyyatı Sisteminə (CPR) qeydiyyatda olan təxminən 8,8 milyon şəxsin məlumatlarının icazəsiz şəxslər tərəfindən ələ keçirildiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın Tədqiqat, Təhsil və Rəqəmsallaşma Nazirliyinin yaydığı yazılı açıqlamada CPR-də ciddi təhlükəsizlik pozuntusunun aşkarlandığı qeyd olunub.

Açıqlamada icazəsiz şəxslərin Danimarka şirkətlərindən birinin CPR sisteminə qanuni çıxış imkanından sui-istifadə etdiyi bildirilib. 

CPR sisteminin idarəçiliyinin sözügedən şirkətin sistemə çıxışını dayandırdığı və hadisə ilə bağlı araşdırmaya başlanıldığı bildirilib.

Danimarkanın Tədqiqat, Təhsil və Rəqəmsallaşma naziri Kristina Egelund məsələ ilə bağlı açıqlamasında vəziyyətin son dərəcə ciddi olduğunu bildirib. O, səlahiyyətli bütün qurumlarla birlikdə hadisənin bütün tərəflərini araşdırdıqlarını qeyd edib.

Egelund gələcəkdə oxşar halların baş verməsinin qarşısını almaq məqsədilə CPR nömrələrinin qorunması ilə bağlı tədbirlərin başladıldığını da bildirib və Danimarka vətəndaşlarını diqqətli olmağa çağırıb.

Danimarka KİV-ləri isə ölkənin əhali qeydiyyatının əsas bazası olan CPR sistemində 11 milyon şəxsin məlumatlarının olduğunu, onların arasında xaricdə yaşayan və ya vəfat etmiş şəxslərin də yer aldığını yazıb.

Danimarkanın əhalisinin isə 6 milyondan çox olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az