logo
logo logo
logo

Türkiyədə təyyarədə bomba xəbərdarlığı - 143 nəfər təxliyə edildi

23:52 - 05 Oktyabr 2026

Türkiyədə təyyarədə bomba xəbərdarlığı - 143 nəfər təxliyə edildi

Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan "AJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsində uçuş zamanı partlayıcı maddənin olması ilə bağlı xəbərdarlıq olunub.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, təyyarə Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib və 136 sərnişin və 7 ekipaj üzvünün təhlükəsiz təxliyəsi üçün zəruri tədbirlər görülüb. Ümumilikdə 143 nəfər təyyarədən təxliyə olunub.

Təxliyə başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri təyyarədə partlayıcı maddə ilə bağlı axtarışa başlayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az