İlin ən yaxşı futbolçusu açıqlandı

19:49 - 3 May 2024

İlin ən yaxşı futbolçusu açıqlandı

“Mançester Siti”nin vingeri Fil Foden Futbol Yazıçıları Assosiasiyasının (FWA) ilin ən yaxşı futbolçusu seçilib.

 

Manset.az  xəbər verir ki, Foden təxminən 900 FWA üzvü arasında 42% səs toplayıb. İlk üçlüyə “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri də daxil olub.

2023/24 mövsümündə 23 yaşlı Foden 48 oyun keçirib, 24 qol vurub və 10 məhsuldar ötürmə edib.

FWA versiyasına görə ilin ən yaxşı futbolçusu mükafatı Premyer Liqanın üç əsas mükafatından biridir. Mövsümün sonunda mükafatlar Peşəkar Futbol Assosiasiyası (PFA) və liqanın tərəfindən təqdim olunur.

Qeyd edək ki, keçən il “Mançester Siti”nin hücumçusu Erlinq Haaland FWA mükafatını qazanıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin