Yasamal rayonunda idman yarışlarına yekun vuruldu - FOTOLAR

17:16 - 6 May 2024

Yasamal rayonunda idman yarışlarına yekun vuruldu - FOTOLAR

 Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı və “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin tərəfdaşlığı ilə ümummili lider Heydər Əliyevin 101 illik yubileyinə  həsr olunan Bakı Dövlət Universitetinin idman stadionunda təşkil olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi baş tutmuşdur. 
 

Manset.az xəbər verir ki, mərasimdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının I müavini Hüseyn Əfəndiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin müşahidə şurasının sədri Fərhad Qaraşov, YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı şəhər Gənclər və İdman İdarəsi Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun məsul əməkdaşları, Yasamal rayonunda yerləşən ali təhsil müəssisələrinin nümayəndələri və tələbələri, media nümayəndələri və rayon ictimaiyyəti iştirak edib. 

İlk öncə mini futbol idman növü üzrə final qarşılaşması start götürüb. 

Yarışların bağlanış və mükafatlandırma mərasimində ilk öncə Dövlət Himninin səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov bildirib ki, vətənimizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər buna bariz nümunədir. Ümummilli Lider Heydər Əliyev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına daim diqqət göstərib. Ulu Öndərimizin layiqli davamçısı Cənab Prezident İlham Əliyev də idmana, onun inkişafına hər zaman həssaslıqla yanaşır. Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkar səviyyədə hazırlanmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. 

Daha sonra I, II və III yerlərə layiq görülmüş komandaların mükafatlandırma mərasimi baş tutub. 

Sonra xatirə şəkilləri çəkdirilib.



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin