Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

00:42 - 7 May 2024

Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

"Union" baş məşqçisi Nenad Byelitsa ilə yollarını ayırıb.

 

Manset.az  xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 52 yaşlı mütəxəssisin artıq əvəzedicisi də müəyyənləşib. Komandaya Marko Qrot rəhbərlik edəcək. O, müvəqqəti olaraq "Union"un baş məşqçisi təyin olunub.

51 yaşlı mütəxəssis ötən il də bu vəzifəni icra edib.

Qeyd edək ki, "Union" hazırda Bundesliqada 30 xalla 15-cidir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin