Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
19 May 2024
22:24 - 6 May 2024
Ötən gecə Kürdəmirə yağan leysan yağışdan sonra bəzi fəsadlar ortaya çıxıb. Gecə saatlarında aramsız davam edən güclü yağış bir neçə küçə və prospektdə avtomobillərin hərəkətində çətinlik yaradıb. Rayonun Çölərəb kəndində sakinlərə məxsus meyvə bağlarını, həmçinin həyətləri, evləri, yardımçı tikililəri, tövlələri yağış suları basıb. Yerli sakinlər çətinliyin aradan qaldırılması və gələcəkdə bu cür problemlərin ortaya çıxmaması üçün çıxış yolunu kənd ərazisində mövcud kanalların yenidən qazılmasında və təmizlənməsində görürlər.
Manset.az xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin rəsmiləri mövcud vəziyyətdən xəbərdar olduqlarını, müvafiq qurumlara tapşırıq verildiyini deyiblər.
Bildirilib ki, sabah günün birinci yarısı kəndə ağır texnika və işçi qüvvəsi göndəriləcək, qrunt sularının axıdılması üçün drenaj şəbəkələr təmizlənəcək, bununla da problem öz həllini tapacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin