Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO
19 May 2024
09:20 - 8 May 2024
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəyi ilə bağlı yalan vədlər verərək 28000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin cinayət işi başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə məlumat verə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin