Keşlə bazarı sökülür? - AÇIQLAMA

23:17 - 8 May 2024

Keşlə bazarı sökülür? - AÇIQLAMA

Bir neçə gündür Keşlə bazarının söküləcəyinə dair xəbərlər yayılır. Məlumata görə, yeni salınan yolun bu ərazidən keçməsi planlaşdırılır.

 

Manset.az xəbər verir ki, məsələyə Nərimanov Rayon İcra Hakimiyyəti münasibət bildirməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə İctimai TV-yə bildirilib ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. İşlər yekunlaşandan sonra bu barədə dəqiq nəsə demək olar.


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin