İlham Əliyev qəbul keçirdi - FOTOLAR
20 May 2024
15:26 - 9 May 2024
Başqırdıstanda "Qazprom neftexim Salavat" zavoduna pilotsuz təyyarə hücum edib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radiy Xabirov məlumat yayıb.
“Bu gün saat 13.00 radələrində pilotsuz təyyarə Salavat şəhərinin sənaye zonasına hücum edib, bundan sonra “Qazprom Neftexim Salavat” müəssisəsinin qurğularından birinin ərazisində tüstülənmə baş verib. Şirkət normal şəkildə işləyir”, - o yazıb.
Xabirovun sözlərinə görə, hadisə yerində fövqəladə hallar xidmətləri və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
“Bu bizim bayramımızı gözdən salmaq cəhdidir, biz təxribatlara boyun əymək fikrində deyilik. Bir daha hamının Qələbə günü mübarək!”, - respublika başçısı bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin