Avropa Birliyi tərəfindən Meta "uşaq təhlükəsizliyi" ilə bağlı araşdırılacaq

17:44 - 16 May 2024

Avropa Birliyi tərəfindən Meta

Avropa Birliyi (AB) Facebook və İnstaqramda yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı Birliyin qaydalarına əməl edilməməsi səbəbiylə Metaya qarşı araşdırma başlatdı.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada Komissiya Facebook və Instagram sistemlərinin, o cümlədən alqoritmlərinin uşaqlarda davranış asılılığını təşviq edə biləcəyini və eyni zamanda sözdə "dovşan dəliyi effekti"nə səbəb ola biləcəyini və Meta tərəfindən həyata keçirilən yaş yoxlama üsullarının da problemli olduğunu ifadə edib.

Bəyanatda bildirilir ki, Komissiya bu məsələ ilə bağlı əlavə məlumat və sübutlar toplamağa davam edəcək.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin