Kobaxidze Ərdoğanın dəvətilə Türkiyəyə GEDİB

19:40 - 16 May 2024

Kobaxidze Ərdoğanın dəvətilə Türkiyəyə GEDİB

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edib.

 

Manset.az xəbər verir ki, Kobaxidze Ərdoğanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətlər müzakirə ediləcək. Görüşlərdə xüsusilə Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.

Daha sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama verəcəklər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin