Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq - Belarus Prezidenti

20:43 - 16 May 2024

Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq - Belarus Prezidenti

Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik.

 

Manset.az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

"Bundan başqa, Sizin azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq", - deyə Prezident Lukaşenko əlavə edib.
 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin