Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib.
Hadisə zamanı digər dörd nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Ölən və yaralananların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.