Bu ölkədə viza qiyməti artdı

19:25 - 20 May 2024

Bu ölkədə viza qiyməti artdı

Avropa İttifaqı Komissiyası Şengen viza rüsumlarını 12 faiz artıraraq 90 avroya çatdırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni qiymətlər iyunun 11-dən qüvvəyə minəcək.

Komissiyanın qərarına görə, 6-12 yaşlı uşaqlar üçün 40 avroluq viza rüsumu 45 avroya qədər artacağı halda, Aİ-də qeyri-müntəzəm olaraq qalan vətəndaşlarının readmissiyası ilə əməkdaşlıq etməyən ölkələrin vətəndaşları 135 və ya 180 avro viza rüsumu ödəyəcəklər. 

Avropa İttifaqı Komissiyasından hələlik heç bir açıqlama yoxdur, lakin qərarın bu həftə sonu açıqlanması planlaşdırılır.

Şengen vizası rüsumları hər üç ildən bir artır. Əvvəllər 2020-ci ildə 60 avrodan 80 avroya qaldırılmışdı. Avropa Komissiyası fevralın 2-də müraciət haqlarının artırılacağını açıqlayıb.

Məlumata görə, 2023-cü il üçün viza müraciətləri 2022-ci illə müqayisədə 36 faiz artıb.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin