Bu görüntülər Yaponiya əhalisini qorxuya saldı - FOTO

19:45 - 20 May 2024

Bu görüntülər Yaponiya əhalisini qorxuya saldı - FOTO

Yaponiyanın bir şəhərinin sakinləri səmada görünən doqquz işıq sütunundan qorxuya düşüblər.


Manset.az xəbər verir ki, medianın məlumatına görə, qəribə hadisə may ayında sahil şəhəri olan Tottori prefekturasında müşahidə edilib. 

İşıq sütunlarının görüntüləri sosial şəbəkələrdə yayımlandıqdan sonra insanlar öz təxminlərini paylaşmağa başlayıblar. Bəzi şərhçilər bunun yadplanetlilərin hiylələri olduğunu irəli sürüb, müzakirənin digər iştirakçıları isə digərlərindən panikaya düşməməyi xahiş ediblər.

Daha sonra mütəxəssislər səmadakı işıqların balıqçıların işi olduğunu bildiriblər. Gecə temperaturu aşağı düşdükdə, bəzən işıqlı balıqçı qayıqlarının üstündə havada kristallar əmələ gəlir, onlardan işıq sütunlar şəklində əks olunur.

Bu, mümkün qədər çox balıq tutmağa imkan verir. Bundan əlavə, bu təcrübə kalamar üçün balıq ovu zamanı olduqca yayğındır.

Jalə

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin