Daha bir ölkə ABŞ əsgərlərini öz ərazisindən QOVDU

19:49 - 20 May 2024

Daha bir  ölkə ABŞ əsgərlərini öz ərazisindən QOVDU

Fransadan sonra Niger də ABŞ-ı öz ərazisindən qovub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Niger martın 17-də ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb və ABŞ əsgərlərinin tezliklə ölkəni tərk etmələrini tələb edib.

Aprel ayında ABŞ dövlət katibinin müavini Kurt Kempbell ilə Nigerin baş naziri Əli Mahaman Lamine Zeine arasında Vaşinqtonda keçirilən görüşdən sonra ABŞ tərəfi qoşunlarını geri çəkməyə və Aqadez şəhərindəki pilotsuz uçuş aparatları bazasını bağlamağa razılaşıb.

Keçən həftə ABŞ nümayəndə heyəti Nigerə getdi və qoşunların çıxarılması prosesini təfərrüatlandırmaq üçün Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb.

ABŞ və Niger tərəflərinin imzaladığı bəyannamədə Vaşinqton və Niamey rəhbərliyinin çəkilmə ilə bağlı əldə etdiyi ortaq qərara uyğun olaraq, Nigerdə ​​yerləşən Amerika əsgərlərinin ən geci sentyabrın 15-dək ölkəni tamamilə tərk edəcəyi qeyd edilib.

Əvvəlcə Fransa ilə hərbi müqavilələri ləğv edən və Fransanın Niameydəki səfiri Silvain İtteni persona non qrata elan edən Abdurrahmane Tchiani hökuməti, çevrilişdən qısa müddət sonra ABŞ-ın Niameyə yeni təyin olunmuş səfiri Ketlin FitzGibbonun ölkəyə daxil olmasına icazə verdi.

ABŞ-ın hərbi idarəçiliyi ilə Fransa kimi ağır böhran yaşamadığı halda, Nigerin Rusiya və İranla yaxınlaşmasından narahat olduğu bir müddətdir məlum idi.

Çevrilişdən sonra ölkədən Fransa və Avropa hərbi birləşmələrini göndərən Niamey rəhbərliyi Mali və Burkina Faso kimi əsgərlərin də hakimiyyətdə olduğu Rusiya ilə yaxınlaşma prosesinə girib.

Bu proses zamanı İranın dünyanın ən mühüm uran ehtiyatlarından birinə sahib olan Nigerdən uran almağa razılıq verdiyi və hətta iki ölkə arasında bu tipli ilkin müqavilənin imzalandığı iddiaları ABŞ mətbuatında geniş yer alıb.

İddialardan sonra ABŞ-ın Afrika Komandanlığından (AFRICOM) bir heyət Nigerin 12-13 mart tarixlərində Niamey səfəri zamanı İran və Rusiya ilə yaxınlaşmasının hiss etdiyi narahatlıqdan danışıb və bu, hərbi rəhbərliyi qəzəbləndirib.

Bu görüşdən qısa müddət sonra Niamey administrasiyası martın 17-də ABŞ ilə imzalanmış hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin