Tokioda yenot "işğalı": Bir ildə 2,8 milyon dollar ziyan vurublar

19:57 - 20 May 2024

Tokioda yenot

Yaponiyanın paytaxtı Tokioda yerli hakimiyyət orqanları yenotların "işğalı"nın öhdəsindən gəlməyə çalışır.


Manset.az xəbər verir ki,  heyvanlar yerli məhsulları təhdid edir və fermerlərin ciddi itkilər verməsinə səbəb olur.

KİV-in məlumatına görə, son 10 ildə Tokio yaxınlığında yaşayan yenotların sayı kəskin artıb. Əgər əvvəllər bu say yüzlərlə fərddən ibarət idisə, indi mütəxəssislər bu heyvanların təxminən 2000-ni şəhər ətrafında saya biliblər.

Ehtimal olunur ki, sayın belə kəskin sıçrayışı yerli sakinlərin əvvəllər yenotları ev heyvanı kimi saxlasa da, zaman keçdikcə onları tərk edərək küçələrə atması ilə bağlıdır. Onlar baxımsız qalaraq məhsula ziyan vurmağa başladılar.

Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, yenotlar 2022-ci maliyyə ilində məhsula 2,8 milyon dollar ziyan vurub. Yerli hakimiyyət orqanları əlavə edib ki, heyvanlara nəzarət etmək çətin olub və hətta ekspertlər tərəfindən qurulmuş tələləri məhv etməyə başlayıblar.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin