Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
23:21 - 20 May 2024
Can Azərbaycana dəstəyimizi bir daha bildirdik.
Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
"Kahramanmaraşda azərbaycanlı qardaşlarımızın tikdiyi evlərin tikintisi davam edir. Biz bu evlərə aramızdakı sarsılmaz qardaşlıq bağının simvolu kimi baxırıq", - o deyib.
Ərdoğan bildirib ki, Türkiyə işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılaşmanı alqışlayıb.
"Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nümayiş etdiriblər və biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik.
Türkiyə olaraq qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik", - Türkiyə Prezidenti qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin