Azərbaycanın daha bir cüdoçusu DÇ-də mübarizəyə başlayır

11:36 - 21 May 2024

Azərbaycanın daha bir cüdoçusu DÇ-də mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

 

Manset.az xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatamiyə çıxacaq.

25 yaşlı idmançı ilk raundda İtaliya təmsilçisi Antonio Espozitonun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Ötən gün Hidayət Heydərov (73 kq) dünya çempionu olub.


Xəbər xətti

22 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin