Almaniya bu ölkədən oğurladığı tarixi əsərləri geri qaytarır

13:53 - 21 May 2024

Almaniya bu ölkədən oğurladığı tarixi əsərləri geri qaytarır

Nigeriyanın cənubundakı Benin Krallığına aid 127 il əvvəl qaçaqmalçılıq yolu ilə Almaniyaya aparılan tarixi əsərlərin Nigeriyaya qaytarıldığı bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu bərədə Nigeriya Milli Muzeylər və Abidələr Komissiyasının (NCMM) baş direktoru Olugbile Holloway açıqlama verib.

Bildirilib ki, Almaniyaya qaçaqmalçılıq yolu ilə gətirilən Benin Krallığı dövrünə aid tarixi əsərlərin Edo əyalətindəki səlahiyyətlilərə təhvil verildiyini bildirib.

Holloway qeyd edib ki, təhvil verilən əsərlər arasında 1897-ci ildə xaricə qaçaqmalçılıq yolu ilə gətirilən bürünclər və kral tabureləri də var.

Muzeydə tarixi əsərlərin sərgilənəcəyini bildirən Holloway mədəniyyət və irsin canlandırılması və sərgilənməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.

Müstəmləkəçilikdən əvvəlki və müstəmləkə dövrlərində Nigeriyaya aid “Oba” bürünc heykəli də daxil olmaqla yüzlərlə tarixi əsər ABŞ və Avropa ölkələrinin müxtəlif muzeylərində sərgilənir.

Nigeriya müstəmləkə dövründə oğurlanmış tarixi əsərlərin geri qaytarılmasında israr etməyə davam etsə də, bəzi ölkələr, xüsusən də İngiltərə tarixi əsərləri geri qaytarmaq fikrində deyil.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin