Türkiyəli məşhurlar Pelin Akil və Anıl Altan cütlüyü boşanma dedi-qoduları ilə gündəmə gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, jurnalistlərin suallarını cavablayan aktrisa ayrılıq iddiasını təkzib edib.
Məsələ ilə bağlı susqunluğunu pozan Pelin Akil "Mübahisələrimiz olur, hazırda boşanma kimi bir vəziyyətimiz yoxdur" deyib.
Aktrisa "Bunu sübut etmək üçün heç nə etməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Təbii ki, mübahisələrimiz olur, bunlar ağızdan-ağıza başqa şəkildə yayılır. Hazırda boşanma kimi bir vəziyyətimiz yoxdur. Hər şey qaydasındadır” deyib.
Əfsanə Rəcəb
Manşet.az