Narkotikə görə saxlanılan aktrisa ilə bağlı qərar verildi: Roluna davam edəcəkmi?

00:46 - 22 May 2024

Narkotikə görə saxlanılan aktrisa ilə bağlı qərar verildi: Roluna davam edəcəkmi?

Türkiyədə məşhur olan "Kızılcık şerbeti" adlı serialın tanınmış aktrisası, narkotik almaq istədiyi zaman saxlanılan Feyza Civelekin roluna davam edib-etməyəcəyi məlum olub.

 

Manset.az oxu.az-a istinadən bildirir ki, serialda "Nilay" obrazı ilə tanınan Feyza Civelek bir müddət əvvəl narkotik alverçisi olduğunu düşündüyü polisdən narkotik almağa cəhd edib və saxlanılıb. Barəsində cinayət məsuliyyətinə cəlb edilməməsi qərarı çıxarılıb.

Lakin bu hadisədən sonra onun seriala davam edib-etməyəcəyi müzakirə mövzusu olub.

Ssenarisini anası Melis Civelekin yazdığı Feyza Civelekin roluna davam etməsi qərarı verilib. Həmçinin serial heyəti aktrisaya dəstək olacaqlarını və müalicə üçün əllərindən gələni edəcəklərini bildiriblər.

"İlk dəfə idi ki, narkotikdən istifadə edəcəkdim. Sərxoş olduğum üçün gətirən şəxsləri xatırlamıram. Baş verən hadisəyə görə təəssüflənirəm", - deyə o qeyd edib.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin