Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
14:37 - 25 May 2024
Daha bir kiberoğurluq halı baş verib.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Bir fakt üzrə zərər 21 000 manat təşkil edib. Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün ərzində onunla danışıqlar, müzakirələr aparırlar.
Nəhayət razılaşır və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar.
Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar”, - DİN rəsmisi əlavə edib.
Polis əməkdaşlarının əhalinin kibermaarifləndirməsi istiqamətində tədbirləri davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin