ABŞ Pekini təmkinli olmağa çağırır

00:19 - 26 May 2024

ABŞ Pekini təmkinli olmağa çağırır

Birləşmiş Ştatlar Çinin Tayvan yaxınlığındakı hərbi təlimlərindən narahatdır və Pekini təmkin nümayiş etdirməyə çağırır.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Birləşmiş Ştatlar Çin Xalq Azadlıq Ordusunun Tayvan boğazında və Tayvan ətrafındakı ərazilərdə birgə hərbi təlimlər keçirməsindən dərin narahatdır”, - diplomat bildirib. Onun sözlərinə görə, Vaşinqton Çinin hərəkətlərini diqqətlə izləyir, müttəfiqləri və tərəfdaşları ilə addımlarını koordinasiya edir.

Miller qeyd edib ki, Ağ Ev Tayvanda administrasiya dəyişikliyindən hərbi təxribatlar üçün bəhanə kimi istifadə edilməsini qəbuledilməz hesab edir.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Çinin bu cür hərəkətləri eskalasiyaya gətirib çıxara və onilliklər ərzində Tayvan boğazında sabitliyə zəmanət verən beynəlxalq normaları poza bilər.


Xəbər xətti

25 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin