Azərbaycan olimpiyaçıları dünya sıralamasında ilk 15-likdə

16:57 - 29 May 2024

Azərbaycan olimpiyaçıları dünya sıralamasında ilk 15-likdə

Yay Olimpiya Oyunlarının proqramına daxil olan növlər üzrə dünya çempionatlarının medal sıralaması açıqlanıb.

 

Manset.az İdman.biz-istinadən xəbər verir ki, 2024-cü ildə 75 dəst medal sahibini tapıb.

Azərbaycan millisinin hesabında 2 qızıl medal var. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) BƏƏ-nin paytaxtı Əbu-Dabidə çempion olublar.

Millimiz ən azı 2 çempionluq yaşayan 15 komanda sırasındadır. Azərbaycan eyni göstəriciyə malik İrlandiya ilə 14-15-ci yerləri bölüşür.

Qeyd edək ki, siyahıya Çin başçılıq edir. ABŞ ikinci, Niderland üçüncüdür. Ümumilikdə isə 2024-cü ilin dünya çempionatlarında 49 ölkə mükafat qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az