Çindən Fələstinə dəstək

12:41 - 30 May 2024

Çindən Fələstinə dəstək

Çin lideri Si Cinpin Çin-Ərəb Əməkdaşlıq Forumunun 10-cu Nazirlər Konfransında çıxışı zamanı İsrailin Qəzzaya hücumlarını pisləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Si Cinpin iki dövlətli həll yolunu vurğulayaraq “Qəzzəyə qarşı hücumlar sonsuza qədər davam edə bilməz” deyib.

Çin prezidenti bəyan edib ki, ölkəsi Qəzzaya təcili humanitar yardım çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə 3 milyon dollar bağışlayacaq.

O, həmçinin bəyan edib ki, Çin tam suverenliyə malik müstəqil Fələstin dövlətinin yaradılmasını və fələstinlilərin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv olmaq tələblərini dəstəkləyir.

Əfsanə Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az