Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan "KamAZ" markalı yük maşını "Hyundai" markalı minik maşını ilə toqquşub. Nəticədə “Hyundai”da olan sərnişin, rayonun Qaradağlı kənd sakini, 45 yaşlı Yusif Abdulla oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı dərhal Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlər zərərçəkənin kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.