Rumıniyalı prezident: “Qarabağ”dan qorxmuram”

08:05 - 2 İyun 2024

Rumıniyalı prezident: “Qarabağ”dan qorxmuram”

"Qarabağ"dan PAOK qədər qorxmuram".

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Rumıniyanın FCSB klubunun İdarə Heyətinin sədri Mihay Stoyka deyib.

Rumıniya çempionunun rəhbəri Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşa biləcəkləri "Qarabağ"ı digər rəqiblərlə müqayisə edib: "Rəqib çox yaxşı komandadır. Avropa Liqasında "Bayer"i mübarizədən kənarlaşdırmağa çox yaxın idilər. Amma "Midtyulland" və ya "Dinamo" (Zaqreb) səviyyəsində deyillər. Zaqreb klubu ilə qarşılaşıb mübarizəni dayandırsaq çox üzülmərəm".

Stoyka Azərbaycan və Qazaxıstan klublarını yaxşı bələd olduğunu qeyd edib: "Azərbaycan, Qazaxıstan, hətta Moldova klublarını yaxşı bilirəm. Orada mövsümün sonunda bir çox futbolçular komandanı tərk edirlər".

Qeyd edək ki, Çempionlar Liqasının ilk təsnifat mərhələsini uğurlu keçəcəkləri təqdirdə "Qarabağ" səpələnmişlər, FCSB isə səpələnməmişlər arasında yer alacaq.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin