İmtahandan az bal toplayan gənc özünü binadan atdı

18:12 - 2 İyun 2024

İmtahandan az bal toplayan gənc özünü binadan atdı

Sosial şəbəkələrdə Yeni Günəşli qəsəbə sakininin imtahandan az bal topladığı üçün intihar etdiyi haqda xəbərlər yayılıb.

 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, 02.06.2024-cü il tarixində saat 11:11-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Massiv V-dən bir nəfərin intihara cəhd etməsi səbəbilə çağırış daxil olub.

Bildirilib ki, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Təxminən, 18 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, sosial şəbəkələrdə gəncin özünü evin damından atdığı deyilir.

Suraxanı Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin