Ölkədə fəaliyyət göstərən muzdlu işçilərin sayı aşkarlandı

14:30 - 03 İyun 2024

Ölkədə fəaliyyət göstərən muzdlu işçilərin sayı aşkarlandı

Hazırda muzdlu işçilərin sayı 1 milyon 748 min nəfərdir. Bunun 899 mini dövlət, 849 mini isə özəl sektorun payına düşür. Göründüyü kimi, dövlət sektoru iş yerlərinin sayında öndədir.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin iyunun 3-də keçirilən iclasında “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, məqsəd özəl sektorun payının artırılmasına nail olmaqdır:

“Birmənalı şəkildə özəl sektora yeni iş yerlərinin artırılması üçün şərait yaratmaq lazımdır. Dövlət büdcəsi daha çox həssas qrupların maliyyələşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, özəl sektor dövlət sektoruna uduzur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az