İsrail qaçqınlar düşərgəsindəki məktəbi vurdu - 39 nəfər öldü

10:41 - 6 İyun 2024

İsrail qaçqınlar düşərgəsindəki məktəbi vurdu - 39 nəfər öldü

İsrail ordusu Qəzzada köçkünlərin sığındığı Nusayrat Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının məktəbinə hücum edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum nəticəsində 39 nəfər ölüb, onlarla insan yaralanıb.

Qəzzadakı hökumət media ofisinin Telegram hesabında edilən yazılı açıqlamada, hücum nəticəsində ölən 39 nəfərin cənazəsinin Əqsa Şəhidləri Xəstəxanasına çatdırıldığı və onlarla yaralının gətirildiyi bildirilib.

Digər tərəfdən, xəstəxananın yaralı və xəstələrlə dolu olduğu vurğulanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin