Məşhur cütlüyün 60 milyon dollara aldıqları evi satışa çıxarıldı

10:10 - 7 İyun 2024

Məşhur cütlüyün 60 milyon dollara aldıqları evi satışa çıxarıldı

Evliliklərinin üzərində qara buludların olduğu bilinən dünya şöhrətli müğənni Cennifer Lopez və Ben Afflek bir müddətdir ki, ayrı yaşayırlar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Afflek yeni filmin çəkilişləri üçün ev kirayələyib.

Cütlük 60 milyon dollara aldıqları Los-Ancelesdəki malikanələrində son həftələrdə bir yerdə görünmürdülər.

2022-ci ildə evləndikdən sonra aldıqları bu malikanə daşınmaz əmlak saytında satışa çıxarılıb. Malikanənin “satıldı” olaraq nümayiş etdirilməsinə baxmayaraq, yenidən siyahılarda yer alması və əvvəllər görünməmiş fotoşəkillərin yüklənməsi diqqət çəkib.

Cütlük 12 yataq otağı, 24 vanna otağı olan malikanəni düz bir il əvvəl alıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin