XİN Pakistanı təbrik etdi

10:32 - 8 İyun 2024

XİN Pakistanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi münasibətilə təbrik edib.

 

Manset.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. 

Bildirilir ki, bu, beynəlxalq ictimaiyyətin Pakistanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfəyə inamını tərənnüm edir. 

Xatırladaq ki, Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali iki il müddətinə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri seçilib. Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin