Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
22:29 - 9 İyun 2024
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ümumdünya Tütünsüz Günü və Ətraf Mühit Həftəsi” proqramı çərçivəsində Türkiyədən və dünyanın müxtəlif ölkələrindən İstanbula gələn gənclər və idmançılarla görüşüb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, Vəhdəddin Köşkündə baş tutan görüş zamanı Ərdoğan gənclərdən birinin elektron siqaretlə bağlı sualına da cavab verib.
Ərdoğan elektron siqaretlə bağlı bunları deyib: "Elektron siqaretlərləri müxtəlif kanallardan ölkəmizə gətirmək üçün çox çalışırlar. Təəssüf ki, qanunsuz yollarla da sızmalar var, amma hazırda gömrükdə bununla bağlı ciddi mübarizə aparırıq. Biz bu məhsulların ölkəmizə gətirilməsinə icazə vermirik, icazə verməyəcəyik. Çünki daha zərərli olduğunu müəyyən etdik və aradan qaldırdıq. Çünki biz onun xalqımızı zəhərləməsinə heç vaxt icazə verə bilmərik."
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin