Ərdoğan CHP-nin Baş Qərargahına gedir - Son 18 ildə ilk

11:19 - 11 İyun 2024

Ərdoğan CHP-nin Baş Qərargahına gedir - Son 18 ildə ilk

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel arasında görüş keçiriləcək.

 

Manset.az  TRT Haber-ə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə 17:00-da CHP-nin Baş Qərargahında baş tutacaq. 

Bu, Ərdoğanın CHP-nin Baş Qərargahına son 18 ildə edəcəyi ilk belə səfər olacaq. Belə ki, Türkiyə lideri 2006-cı ildə CHP-nin o dövrdəki sədri Deniz Baykalı ziyarət etmişdi. 

Xatırladaq ki, Ərdoğanla Özel arasında ilk görüş mayın 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Baş Qərargahında keçirilmişdi.

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin