Ət yeməyənlərə pis xəbər

14:33 - 12 İyun 2024

Ət yeməyənlərə pis xəbər

Araşdırmalar göstərir ki, "veqan ət" yalnız tərəvəzlərdən ibarət olsa da həddindən artıq emal olunmuş məhsul olduğu üçün ürək xəstəliyindən ölüm riskini artırır. 

 

Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, yüksək dərəcədə işlənmiş "veqan əti" əsl ətdən daha sağlam deyil. 

Məlumdur ki, yemək ürək sağlamlığını qoruyur. Bununla belə, tərəvəzlərin təzə olması və emal edilməməsi vacibdir. Çünki Ingilltərə London İmperial Kolleci tərəfindən aparılan bir araşdırma, "veqan əti"nin tərkibində tərəvəz olsa belə, "ultra emal edilmiş qida"  olduğu üçün ürək xəstəliyindən ölmə riskini artırdığını ortaya qoyub. 

Alimlər bildirib ki, ultra emal olunmuş qidalar ömrünü uzatmaq üçün müxtəlif sənaye proseslərindən keçir. Bir yeməyin ultra emal edilib-edilmədiyini onun mətbəximizdə olmayan rəngləndiricilər, dadlandırıcılar və konservantlar kimi inqrediyentlərdən ibarət olması ilə başa düşmək olar. Digər bir ipucu, qablaşdırmada çoxlu miqdarda yağ, duz və şəkərin gizlədilməsidir. Bu məhsullar bitki mənşəli olsa belə, həddən artıq emal olunur və şəkərli diabet, yüksək qan təzyiqi və bədəndə iltihaba səbəb olur, həmçinin ürək sağlamlığına zərər verir. 

 

Fidan Əliyeva

 


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin