Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPRO) FİFA-ya qarşı iddia qaldırıb.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, futbolçuların həmkarlar ittifaqı milli komandaların oyunlarının təqviminin və 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixinin yenidən təşkilinin qanuniliyinə etiraz etmək istəyir.
İddianın təşəbbüskarları İngiltərə (PFA) və Fransa (UNFP) birlikləri olub. Onların fikrincə, FİFA-nın qərarları oyunçuların hüquqlarını və Avropa İttifaqının əmək qanunlarını pozur.
“FİFA həmkarlar ittifaqlarının etirazlarına baxmayaraq, dialoqa getmədi və təqvimi genişləndirmək proqramını davam etdirdi”, - deyə bəyanatda bildirilir.
2025-ci il klublararası dünya çempionatı futbolçu assosiasiyalarının narazılığına səbəb olub, gələn ildən bu turniri iyun-iyul aylarında ABŞ-da 32 komandanın iştirakı ilə keçirmək istəyirlər. Bu format futbolçular üçün əlavə 6 həftəlik iş deməkdir.