Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
19 Sentyabr 2024
21:21 - 13 İyun 2024
Lənkəranda Hirkan Milli Parkında, meşənin içində eyni yerdə çayxana işlətmək istəyən şəxslər məhkəməlik olub.
Manset.az Qayanrinfo-ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Pənah adlı şəxs Lənkəran rayonu, Biləsər kəndi ərazisində meşədə bir neçə stol-stul qoyaraq, çayxana fəaliyyəti ilə məşğul olub.
Yay mövsümi ilə əlaqədar Pənahın qonşusu Ramin onun meşədə qoyduğu stol-stulu götürərək, oranı özü istifadə etmək istəyib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və Ramin Pənah barəsində polisə şikayət edib. Hər iki şəxsin həmin ərazidə qanunsuz fəaliyyətinin qarşısı alınıb.
Məhkəmənin qərarı ilə Pənah İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 100 manat cərimə edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin