Zaur Mikayılov vəzifə verdiyi qudalarını işdən çıxardı

14:56 - 14 İyun 2024

Zaur Mikayılov vəzifə verdiyi qudalarını işdən çıxardı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verib.
 

Manset.az Qaynarinfo.az-a istinadən xəbər verir ki,  Z.Mikayılovun özünə müşavir təyin etdiyi qudası Əsəd Əli oğlu Şirinov vəzifəsindən istefa verib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri vəzifəsindən aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyevin də təyinatı müvəqqəti olaraq dayandırılıb.

Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxlasaq da, telefon zənglərinə cavab verən olmayıb.

Qeyd edək ki,  bir neçə gün öncə Manset.az  Zaur Mikayılovun öz qudasına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində vəzifə verməsi ilə bağlı xəbər yayımlamışdı.

Bu təyinat ictimaiyyətin böyük qınağına səbəb olmuşdu.



Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin