2 milyondan çox müsəlman hacı oldu

10:17 - 16 İyun 2024

2 milyondan çox müsəlman hacı oldu

Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa 2 milyondan çox müsəlman gedib.

 

Manset.az xəbər verir ki, müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan “Əqəbə Cəmrəsi”nə 7 daş atıblar.

Bir çox müsəlman şeytanı daşladıqdan sonra uzun bir gəzinti ilə çatdığı Kəbədə ziyarət təvafı və sai etdikdən sonra ehramlarını çıxarıb.

Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olub.

Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az