Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açıldı

11:28 - 17 İyun 2024

Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açıldı

Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açılıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, iyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatyının İrəvanın Vaqramyan prospektindəki mitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.

Bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlı isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib. Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Əməliyyat-istintaq tədbirləri zamanı bu şəxslərin həmin kütləvi aksiya zamanı kütləvi iğtişaşların və xuliqanlıq hərəkətlərinin törədildiyi müəyyən olunub.

 

Məlumatda həmçinin adı açıqlanmayan bir nəfərin axtarışa verildiyi də qeyd edilib.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin