Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki (Poladəritmə zavodunun qarşısında) köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən həm metronun "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.